AZ

Tokayev Küveyt Vəliəhdi ilə görüşüb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti çərçivəsində Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Kasım-Jomart Tokayev COP29 Dünya İqlim Sammiti çərçivəsində Küveyt taxtının varisi Şeyx Sabah Xalid Əl-Həməd Əl-Sabah ilə görüş keçirib. Dövlət başçısı Küveyti Qazaxıstanın ərəb dünyasında mühüm tərəfdaşı kimi qeyd edib",- deyə məlumatda qeyd olunub.

Seçilən
132
50
operativmedia.az

10Mənbələr