AZ

Slovakiya Prezidenti: COP29-da yalnız bəyannamələr qəbul etməyəcəyik, həm də tədbirlər görəcəyik

“İndi biz daha da irəlilədikсə, nəinki bəzi bəyannamələr qəbul edəcək, həm də həqiqətən tədbirlər görəcəyik.”


Bunu APA-ya açıqlamasında Slovakiya Prezidenti Peter Pelleqrini deyib:

“Bakıda çox müsbət ab-hava hiss edirəm və əsas məsələ hamının burada bir yerdə toplaşmasıdır. Vacib olan odur ki, biz birlik nümayiş etdirək. Deməliyəm ki, Slovakiya bunu edir. Biz emissiyalarımızı 1990-cı ildən 50%-ə qədər azaltmışıq. Planımız və məqsədimiz emissiyalarımızı 2030-cu ilə qədər 55% azaltmaqdır. Biz bərpa olunan enerjiyə 12 milyard avrodan çox sərmayə qoyacağıq”.


Slovakiya prezidenti əlavə edib ki, ölkəsi nüvə enerjisindən istifadə etməklə də məşhurdur:

“Biz nüvə enerjisi istehsalında ikinci yerdəyik”.

O, COP29 ilə bağlı gözləntiləri haqqında danışıb:

“Biz inkişaf etməkdə olan ölkələrin maliyyəsini artırmaqla bağlı razılığa gəlməliyik. Məncə, bu kombinasiyalı olmalıdır. Sənaye ölkələri bunu təmin etməlidir və biz hamımız birlikdə köməyimizə ehtiyacı olan digər kiçik ölkələrlə bir olmalıyıq. Ümid edirəm ki, bu, COP29-un nəticəsi olacaq və əlbəttə ki, Slovakiya “No New Coal” aksiyasına qoşulacaq. Biz bu təşəbbüsün bir hissəsi olacağıq”.

Aysel Naibova

Seçilən
38
apa.az

1Mənbələr