AZ

Əlcəzairli "birləşmiş əkizlər" Türkiyədə əməliyyat olundu

Əlcəzairli birləşmiş əkizlər Rinad və Rinas Türkiyədə uğurlu əməliyyatla bir-birindən ayrılıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatı həyata keçirən həkimlər hər şeyin yolunda olduğuni bildirib.
 
Həkimlərin bildirdiyinə görə əkizlərin hər biri üçün ayıca ürək kisəsi yaradılıb:
 
\"Etdiyimiz əməliyyatla hər iki ürək üçün iki kisə yaratdıq. Ürəklərin iki ayrı kisədə döyünməsini görmək daha böyük xoşbəxtlik idi\".

Ana Amal Belkacem əməliyyatdan sonra ilk dəfə qızlarını tək qucaqlaya bildiyi üçün xoşbəxt olduğunu bildirib.

Belkacem qızlarının 18 aydır üzləri bir-birinə baxaraq, sinələrinə yapışaraq yaşadıqlarını, əməliyyatdan sonra qızı Rinadın gözləri ilə reanimasiyada yatan bacısı Rinası axtardığını bildirib.
 
Ana bir neçə əməliyyat daha keçirəcək qızları haqda danışarkən  \"İndi tək diləyimiz ürək xəstəliyi olan qızlarımızın bir neçə ay sonra ediləcək əməliyyatla sağlamlıqlarına qovuşmasıdır\" deyə bildirib. 
 
Aysel

 

 


Seçilən
61
azxeber.com

1Mənbələr