Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 17 təhsil müəssisəsi bu ildən qazla qızdırılacaq.
Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi"nə idarədən bildirilib.
Belə ki, Beyləqan rayonunda 4 məktəbdə, İmişli rayonunda 4 məktəbdə, 1 bağçada, Saatlı rayonunda 3 məktəbdə, 3 bağçada, Sabirabad rayonunda 1 məktəbdə və 1 bağçada qazla təminat işləri aparılır.