AZ

Fanatlar 1:4 hesablı yenilginin əvəzini baş məşqçidən çıxdılar

"Portu"nun azarkeşləri baş məşqçi Vitor Brununu təhqir edərək avtomobilini əziblər.

Fanat.Az "Record.pt"yə istinadən məlumatına görə, hadisə komandanın təlim-məşq bazasında baş verib.

"Portu"nun Portuqaliya çempionatının XI turunda "Portu"nun "Benfika"ya 1:4 hesabı ilə uduzması fanatları özündən çıxarıb. 100-ə yaxın azarkeş bazaya gələrək Brununun avtomobilinə hücum çəkib, ünvanına nalayiq ifadələr işlədiblər. Təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra mütəxəssis ərazini ciddi xəsarətlər almadan tərk edə bilib.

Qeyd edək ki, "Portu" hazırda turnir cədvəlində 27 xalla ikinci pillədə qərarlaşıb. 

Seçilən
19
fanat.az

1Mənbələr