AZ

“Hər halda, 1-ci yer uğrunda mübarizə aparmaq klublar üçün çətin olacaq” – Aslan Kərimov

Artıq premyer-liqada 13 tur arxada qaldı. Komandalar milli fasiləyə yollanarkən turnir cədvəlində öyrəşmədiyimiz mənzərə yaranıb.

“Qarabağ”ın liderliyi təbii haldısa, 2-ci yerdə “Araz-Naxçıvan”, 3-cü yerdə isə “Turan Tovuz” qərarlaşıb. Sıralamada “Zirə” 4-cü, “Sabah” isə 5-ci yerdədi. Artıq turnir cədvəlində ilk və ikinci “beşlik” yaranıb.

Bəs qış fasiləsinə qədər bu qütbləşmə dərinləşəcəkmi?

Veteran futbolçu Aslan Kərimov “Football-plus.az”ın sualına belə cavab verdi:

“Düşünürəm ki, turnir cədvəli tez-tez dəyişəcək. Düzdü, birinci yerin sahibi dəyişməyə bilər. Həm büdcəsinə, həm də təcrübəsinə görə “Qarabağ”a çatmaq çox çətindi. Baxmayaraq ki, "Araz-Naxçıvan" ağdamlılara bir qədər yaxınlaşıb. Hər halda, 1-ci yer uğrunda mübarizə aparmaq klublar üçün çətin olacaq. Düşünmürəm ki, qütbləşmə olsun. Çünki komandalar bir-birinə çox yaxındı. Mənə elə gəlir ki, qış fasiləsinə qədər də, fasilədən sonra da xüsusilə ortada qərarlaşan komandaların yeri tez-tez dəyişəcək. Çünki komandalar güc etibari ilə bir-birinə yaxındı”.


RÖYANƏ OĞUZ
Seçilən
76
football-plus.az

1Mənbələr