AZ

"Bavariya"da xoşbəxtəm"

"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrizio Romano alman futbolçunun dediklərini belə çatdırıb.

"Müqaviləmin mövzusu haqqında çox şey deyə bilmərəm. İndi bütün diqqətimi Almaniya millisinə yönəltmişəm. Amma deyə bilərəm ki, Münhendə xoşbəxtəm”

 Bu mövsüm Musiala bütün turnirlər də daxil olmaqla 14 matçda meydana çıxıb, doqquz qol vurub və dörd məhsuldar ötürmə verib. 21 yaşlı futbolçunun "Bavariya" ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, futbolçunun dəyəri 130 milyon avrodur.

Seçilən
45
90deqiqe.az

1Mənbələr