AZ

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi açıqlaması

  “Zəngəzur dəhlizinin açılması Azərbaycanla və Azərbaycandan əlavə ölkələrlə ticarət həcmimizi artırmağımıza kömək edəcək”.

Bunu Globalinfo.az-a açıqlamasında Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Nazir bildirib ki, Zəngəzur dəhlizinin açılması Türkiyə və Azərbaycanı bir-birinə bağlaması baxımından çox böyük önəm kəsb edir: “Zəngəzur dəhlizi açılarsa, təkcə enerji deyil, logistik olaraq, həm dəmiryolu, həm də quru yolu əlaqəsi iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq. Eyni zamanda bu dəhlizin açılması enerji, xüsusilə, elektrik sahəsində bizə çox böyük töhfələr verə bilər. Çünki Xəzər dənizində geniş külək potensialından istehsal ediləcək elektriki Türkiyəyə və Türkiyə üzərindən Avropaya nəql edilməsinə nail ola bilərik”.  

Seçilən
27
4
referans.az

5Mənbələr