AZ

Rubinyan: “Bakıdakı erməni əsirlər müxalifətin vecinə deyil”

“Ermənistan müxalifəti Bakıda tutulan erməni əsirlərin (terrorçuların - red.) taleyinə laqeyddir”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan danışıb.

Onun sözlərinə görə, müxalifətin əsas məqsədi əsir ermənilərin məsələsini siyasi kapitala çevirməkdir.

“Başqa mövzunuz qalmadığı üçün erməni əsirlərin taleyini siyasi məqsədlər üçün istismar etməyə qərar verdiniz və məhz buna görə də parlamentdə təcili iclası təşkil etdiniz”, - deyə vitse-spiker bildirib.

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr