AZ

"Böyük istehsalçılarla rəqabət aparmaq çətindir, biz daha çox premium məhsullara fokuslanmışıq"

Azərbaycanın “Giltex” şirkətinin Baş içraçı direktoru və idarə heyətinin sədri Kamran Aqasi "Avropa bazarlarında tekstil sahəsində digər ölkələrlə rəqabət apara biləcəyikmi?" sualına da cavab verib.

O, "Təbii ki,  Banqladeş, Hindistan və Çin kimi böyük istehsalçılarla rəqabət aparmaq biraz çətindir" deyərək əlavə edib:

"Bunun əsas səbəblərindən biri  bu ölkələrdə əməkhaqqının qat-qat aşağı olmasıdır. Ona görə də şirkət olaraq daha marjinal məhsulların istehsalına üstünlük veriririk. Eyni zamanda beynəlxalq sertifikatlarımız bizim rəqəbət üstünlüyümüzü artırır. Onuda qeyd edim ki, MDB ölkələri bizim məhsulları idxal edilərkən gömrük rüsumları tutulmur, Avropa ölkələrində isə idxalçılar gömrük rüsumları ödəyirlər. Bu da əlbətdə ki, bizim Avropa bazarlarında rəqabətimizə mənfi təsir göstərə bilər. Amma daha çox premium məhsulların istehsalına fokuslanmışıq. Düşünürük ki, bizim təklif etdimiz məhsullar daha da rəqabətə davamlıq olacaq".

Seçilən
31
marja.az

1Mənbələr