AZ

BMT Baş katibi ölkələri yeni iqlim maliyyəsi hədəfi barədə razılığa gəlməyə çağırdı

Image

BMT-nin Baş katibi Antonio Quterreş COP29 çərçivəsində itki və zərərlərə cavab məqsədilə maliyyələşdirmə tədbirləri üçün koordinasiya və tamamlama mexanizmləri üzrə yüksəksəviyyəli illik dialoqun açılış tədbirində, iqlim dəyişmələrinin mənfi təsirlərindən danışaraq, dünyada temperaturun yüksəlməsinin getdikcə daha təhlükəli hala çevrildiyini, nəticədə ötən dövrdə ən isti gün, ən isti ay, ən isti il və ən isti onilliyin müşahidə olunduğunu bildirib.

“İqlim fəlakətləri artır. Biz iqtisadiyyatların dağıldığını, insanların həlak olduqlarını, dolanışıq vasitələrinin itirildiyini və inkişafın dayandığını görürük”, - deyən Baş katib əlavə edib ki, İtki və Zərərlərə Cavab Fondunun yaradılması inkişaf edən ölkələr, çoxtərəflilik və ədalət üçün qələbədir. Amma onun 700 milyonluq ilkin kapitallaşması həssas təbəqəyə dəyən ziyanı aradan qaldırmaq üçün yetərli deyil. Bu, hətta sentyabrda “Yaqi” qasırğasının Vyetnama vurduğu ziyanın dörddəbirini ödəməyə belə imkan vermir. Bu səbəbdən də tələb olunan maliyyələşmə məsələsində ciddi düşünməliyik.

Antonio Quterreş ölkələri fonda yeni vəsaitlər ayırmağa, yeni iqlim maliyyəsi hədəfi barədə razılığa gəlməyə çağırıb.

ZÜMRÜD





Seçilən
43
baki-xeber.com

1Mənbələr