AZ

Diniyev 1-ci liqa klubu ilə anlaşdı? – özü açıqladı

Son günlər sosial şəbəkələrdə 1-ci liqada mübarizə aparan və üç həftədi baş məşqçisiz qalan “Difai”nin yeni çalışdırıcısı ilə bağlı xəbərlər yayılır.

İddialara görə, komandanın “sükanı arxasına” Kərim Diniyev keçəcək. Şahin Diniyevin istefasından sonra onunla birgə “Səbail”dən ayrılan oğlu 1-ci liqa klubun təklifinə isti yanaşıb.

Bəs Diniyev 1-ci liqa klubu ilə rəsmi müqavilə imzalayıbmı?

Məlumatı dəqiqləşdirmək üçün Kərim bəylə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı isə belə oldu:

“Yanlış məlumatdı. Hazırda elə bir şey yoxdu”.

Qeyd edək ki, Ağsu təmsilçisi ilk turdan sonra istefa verən Elgiz Kərəmlinin yerinə Adil Mahmudovu gətirmişdi. Üç həftədən sonra Mahmudov da baş məşqçi postunu tərk etdiyi üçün hələlik komandanı Aydın Qasımov hazırlayır.

RÖYANƏ OĞUZ

Seçilən
41
football-plus.az

1Mənbələr