AZ

Mart ayında BEA real emissiyalar haqqında ölkə üzrə məlumatları yenidən dərc edəcək - Fatih Birol

Bakı. Trend:

Mart ayında Beynəlxalq Enerji Agentliyi (BEA) real emissiyalarhaqqında ölkə üzrə məlumatları yenidən dərc edəcək.

Trend xəbərverir ki, bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoruFatih Birol metan və istixana qazları üzrə COP29 sammiti zamanıdeyib.

"BEA qlobal metan emissiyaları trekeri izləyir. Biz ölkələr,şirkətlər, onların bəyan edilmiş hədəfləri və real vəziyyət barədəməlumatları izləyirik. Bu baxımdan, metana diqqət yetirmək karbonqazı emissiyalarının azaldılmasına nisbətən daha az mürəkkəb birvəzifə kimi görünür. Bunun iki səbəbi var. Birincisi, texnolojibaxımdan. Metan emissiyalarının azaldılması, daha yaxşı halda isətamamilə aradan qaldırılması əsasən boru kəmərlərinin keyfiyyətliizolyasiyasının təmin edilməsinə dayanır. Karbonun tutulması kimidaha mürəkkəb texnologiyalarla müqayisədə, bu üsul həm vacibdir,həm də ciddi texnoloji həllər tələb edir. Metan məsələsini isəmövcud texnologiyalardan istifadə etməklə və düzgün planlaşdırmailə həll etmək mümkündür.

İkincisi, daha qənaətcildir, çünki emissiyaların azaldılmasıbizə satıla bilən təbii ehtiyatları qoruyub saxlamağa imkan verirvə əlavə gəlir gətirir", - o bildirib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
48
1
az.trend.az

2Mənbələr