Bu gün «Səbail» ilə 2 illik müqavilə imzalayan Cavid Hüseynov məşqçi korpusunu böyük ölçüdə formalaşdırıb.
O, yaxın dostu Elvin Məmmədovu özünə köməkçi təyin edib. Analtik vəzifəsini Zaur Əliyev tutub.
Şahin Diniyevlə bərabər çalışmış Fuad Əsədov qapıçılarla işini davam etdirəcək. Vüqar Bəybalayev seleksioner olaraq görəvinin başında qalıb.
Bircə fiziki hazırlıq üzrə yardımçı postu boş qalıb, onu da əcnəbi tutacaq.
SPORTİNFO.AZ