AZ

Məşhur futbolçuya həbs cəzası verildi

Fransa milli komandasının sabiq hücumçusu Vissam Ben Yedder məhkəmə qarşısına çıxıb.

Sportal.az xəbər verir ki, cinsi təcavüzdə ittiham olunan 34 yaşlı futbolçunun günahı sübuta yetirilib. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Sərxoş vəziyyətdə bir qadına təcavüz edən Ben Yedderə 2 illik şərti həbs cəzası verilib. Məşhur forvard zərərçəkmiş şəxsə 6500 avro təzminat ödəyəcək. Bundan başqa 5000 avro pul cəzası verilən futbolçunun sürücülük hüququ da 6 ay müddətinə məhdudlaşdırılıb.

Qeyd edək ki, son olaraq "Monako"da çıxış etmiş Vissam Ben Yedder bu ilin yayından klubsuzdur.

saytlarin hazirlanmasi

Seçilən
55
sportal.az

1Mənbələr