AZ

Britaniyanın Baş naziri: İqlim böhranının ön cəbhəsində olan ölkələri dəstəkləməyə hazırıq

Birləşmiş Krallıq bu gün iqlim böhranının ön cəbhəsində duran ölkələri dəstəkləməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer COP29 liderləri sammitində çıxışı zamanı bildirib.

"Sentyabrın sonunda Britaniya Dubayda COP28-də əldə edilmiş razılaşmalara uyğun olaraq kömürdən istifadəni dayandıran ilk "G7" iqtisadiyyatı oldu. Biz bütün tərəfləri qarşıya qoyulmuş iddialı hədəfləri yerinə yetirməyə çağırırıq", - deyə o bildirib.

K.Starmer vurğulayıb ki, yeni Nazirlər Kabineti əvvəlki hökumətin üzərinə götürdüyü öhdəlikləri, o cümlədən iqlim maliyyələşdirilməsi məsələsində yerinə yetirməyə davam edəcək. "Bu gün biz London birjasında növbəti onilliklər ərzində müxtəlif ölkələr üçün 75 milyard ABŞ dollarına qədər əlavə iqlim kapitalını səfərbər etməyə kömək edəcək yeni mexanizm işə salırıq", - deyə Baş nazir bildirib.

Siyasətçinin sözlərinə görə, Britaniya və bütün dünyanın müdafiəsi və rifahı hökumətin milli prioritetidir və bunun həyata keçirilməsi üçün bütün zəruri tədbirlər görüləcək.

Seçilən
23
10
ikisahil.az

10Mənbələr