ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynanı dəstəkləmək və Vladimir Putini müharibədən çəkindirməklə sülhə nail ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazıb .
Müəlliflərin fikrincə, Tramp Rusiyaya qarşı sərt mövqe tutacaq və “Obama-Bayden administrasiyasının Krımın ilkin zəbtinə razılıq verməsini bəyənməyəcək”.
Qəzetin yazdığına görə, Tramp Ukraynanı dəstəkləməklə Uinston Çörçill və Ronald Reyqanın yolunu gedərək tarixi fürsətdən yararlanacaq.
“Xi Jinping, Kim Jong Un və İranın Ali Lideri Trampı dinləməli olacaqlar. Onlar və Putin təhdid xarakterli davranışlarını dəyişməsələr qorxutmaq siyasətindən istifadə etmək lazım olacaq” -“The Hill” yazır.
Müəllif: Teleqraf.com