Qarabağa və Şərqi Zəngəzura qayıdacaq fermerlər üçün tam infrastrukturu təşkil olunmuş, əkin sahələrinin hazır vəziyyətə gətirilmiş şəkildə təhvil vermək istəyirik.
Bunu APA TV-yə müsahibəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
“Su, yol, drenaj infrastrukturu təşkil olunacaq. İnanırıq ki, bununla da fermerlər daha böyük məhsuldarlığa nail olacaqlar”, - nazir qeyd edib.