AZ

Azərbaycan-Kolumbiya əməkdaşlıq perspektivləri, COP29-a sədrlik müzakirə olunub

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun BayramovBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cusessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitiçərçivəsində Kolumbiya Respublikasının xarici işlər naziri LuisGilberto Muriyo ilə görüşüb.

Bu barədə Trend-ə Azərbaycanın Xarici İşlər Nazirliyindənbildirilib.

Görüşdə, Azərbaycan və Kolumbiya arasında əməkdaşlıqperspektivləri, ölkəmizin COP29 sədrliyi, mövcud təşəbbüs vəprioritetlər müzakirə olunub.

Azərbaycan və Kolumbiya arasında ikitərəfli, o cümlədən BMT,Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsindəçoxtərəfli müstəvidə əməkdaşlığın məmnunluq doğurduğu diqqətəçatdırıb.

İki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçünmövcud imkanların dəyərləndirilməsi və müzakirəsi istiqamətindəsiyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyivurğulanıb.

Ölkəmizin COP29 sədrliyi barədə ətraflı məlumat verənC.Bayramov, sədrlik prosesimizin bir çox ölkələr, o cümlədənKolumbiya ilə iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıqimkanlarımızı genişləndirdiyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
40
16
az.trend.az

10Mənbələr