AZ

Maduro: “BMT-nin nasizmlə mübarizəyə dair qətnaməsi yeni dünya ölkələri tərəfindən dəstəklənir”

Rusiyanın nasizmin tərənnümünə qarşı mübarizə qərarı BMT-də çoxqütblü dünyanın yeni yaranan ölkələri tərəfindən dəstəklənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro Teleqram kanalında yazıb.

Venesuela lideri xatırladıb ki, nasizm və neonasizmin tərənnümü mübarizə ilə bağlı Rusiyanın təqdim etdiyi qətnamə BMT-yə üzv olan 116 ölkə tərəfindən dəstəklənib.

"Bu, Venesuelanın təvazökar bir hissəsi olduğu yeni, çoxqütblü və çoxmərkəzli dünyanın doğulmasıdır", - deyə Maduro qeyd edib.

Seçilən
39
operativmm.az

1Mənbələr