AZ

Avropada qaz qiymətləri ilin ən yüksək səviyyəsinə çatdı

Avropada ən böyük dərinliyə malik olan Niderland mərkəzli TTF virtual təbii qaz ticarət məntəqəsində dekabr müqavilələri üzrə dünən hər meqavatsaat üçün 43,72 avro olan bağlanış qiyməti 1,37 faiz artımla qeydə alınıb.

Beləliklə, TTF-də qiymətlər hər meqavatsaat üçün 44,32 avroya çataraq ilin ən yüksək səviyyəsinə yüksəlib.

Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, mütəxəssislər bu artımın əsas səbəbi kimi qış mövsümündə temperaturun düşməsini və bərpa olunan enerji mənbələrindən elektrik istehsalının yetersizliyi səbəbindən təbii qaz tələbinin artmasını göstərirlər. Avropada təbii qaz anbarlarının doluluq səviyyəsi 10 noyabr tarixinə 93,4 faiz olaraq qeydə alınıb.

Bundan əlavə, ABŞ-da 5 noyabrda keçirilən prezident seçkilərində Donald Trampın qalib gəlməsinin də təbii qaz qiymətlərindəki artıma dəstək verdiyi bildirilib.

Norveç mərkəzli müstəqil araşdırma təşkilatı "Rystad Energy"nin LNG və Elektrik Bazarı Analitiki K.Rameş şirkətin paylaşdığı məlumatda Trampın qələbəsindən sonra bazar reaksiyalarının məhdud qaldığını, lakin orta müddətdə ABŞ-ın aparıcı neft və LNG ixracatçısı rolunu gücləndirməsinin gözlənildiyini qeyd edib.

Rameş ilin sonuna qədər bazar hərəkətlərinə təsir edən əsas faktorun reaktiv hava şəraitinə hazırlıq tədbirləri olduğunu və bunun 2025-ci il üçün qeyri-müəyyənliyi davam etdirdiyini vurğulayıb.

Rəhim

Seçilən
200
33
valyuta.az

10Mənbələr