AZ

BMU-da kibertəhlükəsizliyə dair silsilə təlimlər təşkil edilib

Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsi və “Kapital Bank”ın birgə təşkilatçılığı ilə informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan tələbələr üçün 3 günlük silsilə təlimlər keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə BMU-dan bildirilib. Kibertəhlükəsizlik mövzusuna həsr edilmiş təlimlər universitetdə bu ilin may ayında istifadəyə verilmiş “Kapital Bank otağı”nda təşkil olunub. Təlimin ilk günü bankın İnformasiya təhlükəsizliyi departamentinin tətbiqi proqram təhlükəsizliyi üzrə rəhbəri İbrahim Əliyev və şöbənin əməkdaşı Fərhad Abdulkərimov “Kibertəhlükəsizlik sahəsində karyera”, ikinci gün tətbiqi proqram təhlükəsizliyi üzrə mütəxəssis Oqtay Nəbili “Kiberhücumların anatomiyası”, sonuncu gün isə həmin sahə üzrə mütəxəssis Fərid Lalayev “Tətbiqi proqramların təhlükəsizliyi” mövzularında təqdimatlar ediblər. Təqdimatlarda karyera imkanları, kibertəhlükəsizliyin perspektivləri, kibertəhdidlər, onlardan müdafiə və digər məsələlərdən bəhs olunub.

Təlimlərdə mütəxəssislər tələbələrin suallarını cavablandırıb. Fəallıq göstərən tələbələrə sertifikatlar təqdim edilib.

Seçilən
49
tehsil.biz

1Mənbələr