AZ

Musiala Münhendə xoşbəxtdir

“Bavariya”nın almaniyalı futbolçusu Camal Musiala klubla müqaviləsinin uzadılmasının mümkünlüyündən danışıb.

Futbolpress.az xəbər verir ki, gənc ulduz hazırki klubunda xoşbəxt olduğunu və diqqətini Almaniya millisinə yönəltdiyini bildirib: “Bavariya” ilə yeni müqavilə imzalamalıyam yoxsa yox? Müqavilə mövzusu haqqında çox şey deyə bilmərəm. İndi bütün diqqətimi Almaniya millisində oynamağa yönəltmişəm. Amma Münhendə xoşbəxtəm, bunu deyə bilərəm”.

Qeyd edək ki, 21 yaşlı vingerin Alman nəhəngiylə sözləşməsi 2026-cı ilin yayına qədərdir.

Seçilən
54
futbolpress.az

1Mənbələr