AZ

DİQQƏT! - Göz quruluğu əlamətləri...

"Göz quruluğu çox insanda rast gəlinən problemlərdən biridir".

 Bu sözləri həkim-oftalmoloq Qurban İsmayılov "Sherg.az"a açıqlamasında bildirib.
Onun sözlərinə görə, quru göz sindromu hansısa səbəbdən göz yaşı vəzisinin ifraz etdiyi maye göz qapaqları vasitəsi ilə göz almasına tam nəmləyə bilməməsidir:

"Bu xəstəliyə səbəb olan amillər çoxdur. Məsələn, normal yuxu rejiminin olmaması, elektron avadanlıqlara yaxından baxmaq, həddindən artıq şirin və duzlu qidaların qəbulu, günün altında işləmək. Quru göz sindromunun müalicəsi yalnız nəmləndirici göz yaşı damlalarının istifadəsi ilə mümkündür. Əlavə olaraq göz quruluğundan əziyyət çəkən biri sanki, gözün içərisində yad cisim olduğunu hiss edir. Bu sindromun çox yayılmış simptomlarından biridir. İnsanlarda ciddi narahatlıq yaradır. Düzgün diaqnoz üçün isə gözyaşı testləri mövcuddur. Quru gözlərdən qorunmaq üçün bol su içməli, göz qapaqlarının təmizlənməli,linzaların istifadəsini dayandırmaq və yayda keyfiyyətli günəş eynəyi taxmaq vacibdir. Bir sözlə, insan gözlərində yanma, quruluqdan narahatdırsa, həmin problem diqqətdən kənarda qalmamalı, mütləq göz müayinəsindən keçməlidir".
Seçilən
37
sherg.az

1Mənbələr