AZ

Yaponiyadan çip və süni intellekt sektoruna 10 trilyonluq dəstək

2030-cu ilə qədər çip və süni intellekt sektoruna 10 trilyon yen (təxminən 65 milyard dollar) həcmində dövlət yardımı ayrılacaq və 10 il ərzində çiplərə ümumilikdə 50 trilyon yen dövlət və özəl sektor yatırımı ediləcək.

Valyuta.Az-ın "Bloomberg"ə istinadla verdiyi xəbərə əsasən bu sözləri Yaponiya Baş naziri Şigeru İşiba deyib.

Məlumata əsasən, əvvəllər təxminən 4 trilyon yen məbləğində ayrılmış fondlardan fərqli olaraq nəzərdə tutulan yeni maliyyələşmə, təxminən 160 trilyon yenlik iqtisadi təsir yaratmağı hədəfləyən iqtisadi stimullaşdırma paketində layihə olaraq təqdim olunacaq.

Qeyd olunur ki, ayrılan maliyyə dəstəyi Tokionun çip dəstəyi məsələsində qlobal güclərlə arasındakı fərqi azaltmağa kömək edəcək. ABŞ, süni intellekt dəstəyi ilə yarımkeçirici sahəsində Çindən öndə qalmaq üçün mübarizə aparır. Bu sahə artıq siyasətçilər tərəfindən iqtisadi təhlükəsizlik baxımından vacib sahə kimi qəbul olunur.

Rəhim

Seçilən
53
valyuta.az

1Mənbələr