AZ

Süni intellekt tullantıların artmasının səbəbini göstərib...

Elektron tullantıların artmasına səbəb kimi süni intellekt göstərilir.

SİA xəbər verir ki, tədqiqat Nature Computational Science jurnalında dərc olunub.

Beynəlxalq alimlər qrupu böyük dil modellərindən aktiv istifadənin kompüterlərin sürətlə köhnəlməsinə və texniki vasitələrin yenilənməsi ehtiyacına səbəb olacağını bildirib.

Bu səbəbdən, ekspertlərin ən pessimist proqnozlarına görə, 2023-cü ildən 2030-cu ilə qədər elektron tullantıların miqdarı 5 milyon tona qədər artacaq.

Tədqiqat göstərir ki, insanlar nə qədər əlavə tullantıların yaranacağını dərk edə bilməzlər. Nümunə olaraq onlar 2023-cü ildə elektron tullantıların miqdarının 2,6 min ton artdığı statistikanı göstəriblər.

Onların fikrincə, məsələn, planetdəki hər bir insan öz smartfonunu atsa, dərhal 5 milyon ton tullantı meydana çıxacaq.

Materialda deyilir ki, avadanlıq istehsalçıları və süni intellekt operatorları elektron komponentlərin təkrar istifadəsini nəzərdən keçirməlidirlər. Avadanlıqlardan qənaətlə istifadə etməklə süni intellektlə bağlı tullantıları 86 faiz azaltmaq olar.

2023-cü ilin oktyabr ayının sonunda Şimali Amerikanın qeyri-kommersiya təşkilatı Public Interest Research Groupekspertləri Microsoft-dan Windows 10-un dəstəyini genişləndirməyi xahiş ediblər.

Onların fikrincə, əməliyyat sisteminə dəstəyin sona çatması ilə əlaqədar insanlar yeni fərdi kompüterlər alıb köhnələrini atmalı olacaqlar ki, bu da daha çox israfçılığa səbəb olacaq.

Nazlı Almuradova

Seçilən
53
sia.az

1Mənbələr