AZ

Zaxarova: Conson Ukraynada münaqişəni qızışdırmaqda davam edir

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson hakimiyyəti təhvil verib, Ukraynadakı münaqişəni qızışdırmaqda davam edir.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynaya mümkün qoşun yeridilməsi ilə bağlı sözlərini şərh edərkən deyib.

Bundan əvvəl Böyük Britaniyanın keçmiş baş naziri bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kiyevə ayrılan maliyyəni kəsərsə, Böyük Britaniya Ukraynaya kömək üçün öz qoşunlarını göndərə bilər.

Zaxarova "İzvestiya"ya deyib ki, Conson başqa heç nə bilmir və başqa heç nə edə bilməz".

Diplomat iddia edib ki, Böyük Britaniya Ukrayna münaqişəsinin diplomatik həlli üçün istənilən cəhdi əngəlləyir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
59
ikisahil.az

1Mənbələr