AZ

Baş nazir seçildiyi iclasda yuxuya getdi

Yaponiyanın baş naziri Siqeru İsiba parlamentin onun yenidən hökumət başçısı seçilməsi ilə bağlı səsvermə iclası zamanı yuxuya gedib.

Teleqraf.com xəbər verir ki,S.İsibanın səhhətində ciddi problem olmadığı qeyd olunub: "Bir neçə gün əvvəl hökumət başçısı soyuqdəyməyə görə özünü pis hiss edib və təcili tibbi yardım çağırmalı olub".

Xatırladaq ki, oktyabrın 1-də Fumio Kisidanın başçılıq etdiyi Yaponiya Nazirlər Kabineti istefa verib. Bundan sonra ölkənin keçmiş müdafiə naziri Siqeru İsiba yeni hökumət başçısı seçilib.


Müəllif: Teleqraf.com
Seçilən
17
1
teleqraf.com

2Mənbələr