AZ

Tramp onu milli təhlükəsizlik müşaviri təyin etdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp konqresmen Mayk Uolsu administrasiyasında milli təhlükəsizlik müşaviri təyin etmək qərarını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Amerika mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə onun rəsmi bəyanatında deyilir.

“Konqresmen Mayk Uolsun kabinetimdə Milli Təhlükəsizlik üzrə müşaviri vəzifəsinə təyin edildiyini elan etməkdən şərəf duyuram”, - deyə Tramp bildirib.

O qeyd edib ki,Uols Çin, Rusiya, İran və qlobal terrorizmin yaratdığı təhlükələr üzrə ekspertdir.

Amerika mediası vurğulayır ki, milli təhlükəsizlik müşaviri Senatın razılığı olmadan prezident tərəfindən təyin edilir.

Seçilən
13
1
operativmm.az

2Mənbələr