AZ

Kobaxidzeni sözü Moldovanı narahat etdi

Gürcüstanın Moldovadakı səfirliyinin müvəqqəti işlər vəkili David Boçorişvili Baş nazir İrakli Kobaxidzenin Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Moldova ilə bağlı verdiyi son bəyanatlarla əlaqədar bu gün Xarici İşlər Nazirliyinə çağırılıb.

Azreform.info xəbər verir ki, bu barədə Moldovanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Səfirliyin müvəqqəti işlər vəkilinə Gürcüstanın baş nazirinin ictimai çıxışında Moldova Respublikasının Avropaya inteqrasiyası və ölkəmizdəki seçki prosesi məsələlərinə toxunan təhrif olunmuş və qeyri-ardıcıl üslubdan Moldova tərəfinin dərin narazılığı barədə məlumat verilib. Qeyd etmək istərdik ki, Moldova ilə Gürcüstan arasında əməkdaşlıq və ənənəvi dostluq münasibətləri, eləcə də hər bir dövlətin Avropaya inteqrasiya prosesində qarşıya qoyduğu məqsədlər üstünlük təşkil etməlidir",- məlumatda deyilir.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri zamanı baş verən pozuntulara münasibət bildirən Baş nazir İrakli Kobaxidze deyib ki, problemlər olubsa, ancaq Moldovada olub (Gürcüstanda parlament seçkiləri 26 oktyabrda, Moldovada prezident seçkiləri isə 3 noyabrda keçirilib - red.).(Axar.az)

Seçilən
39
4
azreform.info

5Mənbələr