7 oktyabr 2023-cü ildən bəri İordan çayının qərb sahilində 740-dan çox fələstinli həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BMT-nin Fələstin Ərazilərində Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
Sənəddə qeyd edilib ki, 2023-cü il oktyabrın 7-dən 2024-cü il oktyabrın 31-dək İordan çayının qərb sahilində 742 fələstinli həlak olub, daha 6699 nəfər isə yaralanıb.
Ölənlərin əksəriyyəti Cenin və Tulkərmdə olub.
Nəşr onu da yazıb ki, 2023-cü il oktyabrın 1-dən 2024-cü il oktyabrın 31-dək İordan çayının qərb sahilində 24 israilli öldürülüb.