AZ

ABŞ-da teleaparıcı müdafiə naziri ola bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp amerikalı televiziya aparıcısı və keçmiş hərbçi Pit Hegseti Müdafiə naziri vəzifəsinə təklif edib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Respublikaçıların keçid komandası tərəfindən yayılmış bəyanatda bildirilib.

“Müdafiə naziri vəzifəsinə Pit Heqsetin namizədliyimi elan etməkdən şərəf duyuram. Pit sərt, ağıllı və həqiqətən Amerikaya inanan biridir”, - Tramp açıqlamasında deyib.

Məlumata görə, Heqset Prinston və Harvard universitetlərində təhsil alıb. O, hərbi əməliyyatlar veteranıdır, İraq və Əfqanıstanda xidmət edib. Bundan əlavə, Heqset səkkiz ildir "Fox News" telekanalında aparıcı olaraq çalışır, bir neçə kitabın müəllifidir. Aparıcı veteranların hüquqlarını müdafiə edən iki təşkilata da rəhbərlik edib.

Qeyd edək ki, hazırda müdafiə naziri vəzifəsini Lloyd Ostin tutur. Daha öncə ABŞ mətbuatı Trampın Pentaqon rəhbəri vəzifəsinə Arkanzas ştatından olan senator Tom Kottonu, keçmiş dövlət katibi Mayk Pompeonu və Floridadan ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü Mayk Voltsu nəzərdən keçirdiyini yazıb.

Musavat.com

Seçilən
76
1
musavat.com

2Mənbələr