AZ

Maaş və pensiyalarla bağlı ƏHALİYƏ ŞAD XƏBƏR

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib ki, artıq gələn ildən sosial paketlər dərinləşəcək.

KONKRET.az-ın məlumatına görə, nazir qeyd edib ki, minimum əmək haqqı, eləcə də pensiyalarda artım olacaq.

Nəzərə alsaq ki, minimum əmək haqqı və pensiyanın artırılması ilə bağlı dövlət başçısı İlham Əliyev tərəfindən göstəriş verilib və buna uyğun olaraq artıq noyabr ayında Əmək və Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış təkliflər digər dövlət qurumlarına təqdim olunub. Fiskal qiymətləndirmədən sonra həmin təkliflər büdcə layihəsi çərçivəsində də müzakirə olunacaq.

Mövzu ilə bağlı BAKU.WS-ə danışan Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, artıq növbəti ildən etibarən həm minimum əmək haqqı, həm minimum pensiya, həm də xüsusən indeksasiya nəticəsində bütün növ əmək pensiyalarında artımlar olacaq:

“Artımların faizləri ilə bağlı yaxın zamanlarda müzakirələr aparılan müddətdə məlumat verilməsi mümkün olacaq. Bizim təkliflərimiz ondan ibarətdir ki, həm minimum əmək haqqı, həm də minimum pensiyada iki rəqəmli artımlar həyata keçirilsin. Mövcud fiskal imkanlarımız çərçivəsində daha çox artımların həyata keçirilməsi təqdirəlayiqdir. Xüsusən 2023 və 2024-cü illərin inflyasiya səviyyəsinin nəzərə alınması və buna uyğun olaraq artımların həyata keçirilməsi vacib məsələlərdəndir.

Bu baxımdan gözlənilir ki, yaxın günlərdə büdcə müzakirələri başlayacaq. Yaxın zamanlarda məhz artımların ilkin faizlərlə bağlı məlumatın bölüşməsi mümkün olacaq və eyni zamanda əmək pensiyalarının indeksasiyası və neçə faiz indeksləşdirilərək artımı da növbəti ayın sonuna doğru bəlli olacaq. Çünki əmək pensiyaları 2024-cü ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq indeksləşdirilib artırılacaq. Bütün növ əmək pensiyalarının indeksləşdirilməsindən söhbət gedir. Həm yaşa görə əmək pensiyası alan, həm valideynlərini itirməyə görə əmək pensiyası, eləcə də əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiyası məbləğlərində indeksləşdirilərək artımlar olacaq”.

Müqayisə üçün Vüqar Bayramov qeyd edib ki, 2025-ci ilin dövlət büdcəsindən sosial təminat və sosial müdafiəyə ayrılan xərclər 4 milyard 988 milyon manat olacaq:

“Yəni gələn il sosial təminat, sosial müdafiəyə 5 milyard manat birbaşa vəsait xərclənəcək. Eyni zamanda, bu vəsait 2024-cü illə müqayisədə 14 faiz çoxdur. Bu anlama gəlir ki, növbəti sosial təminat və sosial müdafiə 2004-cü illə müqayisədə dövlət büdcəsindən 14 faiz daha çox vəsait ayrılacaq. Bütövlükdə 2025-ci ilin dövlət büdcəsinin xərclərinin 45 faizə yaxını sosial xərclər təşkil edəcək. Çünki digər həm səhiyyə, həm təhsil və digər istiqamətlərdə də sosial xərclər xüsusi paya malikdir.

Bu baxımdan sosial xərclərin dövlət büdcəsindəki payı yüksəkdir. Növbəti dövlət büdcəsindən ayrılan hər 100 manatın 45 manatı sosial istiqamətə yönəldiləcək. Bu isə təbii ki, artımlar üçün yeni imkanlar yaradır”.

Seçilən
40
18
konkret.az

10Mənbələr