Minifutbol üzrə Azərbaycan çempionatının ən yaxşı bombardirləri bəlli olub.
İdman.biz xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti ilk 6 turun ən məhsuldar oyunçularını açıqlayıb.
Siyahıda ikihakimiyyətlilik hökm sürür. “Birbaşa Bakı”nın iki futbolçusu hərəyə 10 qol vurub. Elvin Əlizadə və Təmkin Xəlilzadə cədvələ şərikli liderlik edirlər.
Fərid Beybutovun (“Star Bakı”) hesabında 9 qol var. Nicat Baxşıyev (“Göyçə”) 8, Fariz Aslanov (“Atəşgah Suraxanı”) 7 dəfə fərqlənib.
Qeyd edək ki, çempionatın lideri 6 oyunun hamısında qalib gələn “Birbaşa Bakı”dır.
İdman.biz