AZ

SSRİ komsomolunun sonuncu rəhbəri dünyasını dəyişib

SSRİ

Kommunist Partiyasının kiçik qardaşı sayılan SSRİ komsomolunun sonuncu rəhbəri Vladimir Zyukin 71 yaşında vəfat edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı ailəyə yaxın mənbəyə istinadla məlumat yayıb.

Mənbə onu da qeyd edib ki, ÜİLKGİ MK-nın sabiq I katibi uzun müddət ağır xəstə olub və ictimaiyyət arasına çıxmayıb.

Qeyd edək ki, Zyukin sözün əsl mənasında “komsomolçuların biznesə gəlməsini elan etdi”. Onun çağırışına ilk səs verənlər Sergey Lisovski və Mixail Berezovski olub.

V. QULİYEV
Seçilən
76
reyting.az

1Mənbələr