AZ

Tramp Maskın yeni vəzifəsini atom bombası hazırlamaqla MÜQAYİSƏ ETDİ

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp amerikalı milyarder İlon Maskın Hökumətin Effektivliyi Departamenti rəhbəri vəzifəsinə təyin olunmasına münasibət bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Bu, potensial olaraq dövrümüzün Manhetten Layihəsinə çevriləcək", - deyə Tramp yazıb.

Xatırladaq ki, Manhetten Layihəsi 20-ci əsrin ortalarında ABŞ-da yaradılmış nüvə bombasının hazırlanması layihəsinin adı idi.

Seçilən
51
publika.az

1Mənbələr