AZ

Blinken və Hakan Fidan Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdilər

ABŞ Dövlət katibi Antoni Blinkenlə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, tərəflər Cənubi Qafqazda ləyaqətli və davamlı sülhün əldə olunmasının vacibliyini müzakirə ediblər.

Həmçinin telefon danışığı zamanı Livan və İsrail əhalisinin öz torpaqlarına qayıtmasını təmin edən BMT TŞ-nin 1701 saylı qətnaməsinin icrası, Qəzzada münaqişənin başa çatmasının və Fələstin əhalisinə humanitar yardımın çatdırılmasının vacibliyi müzakirə olunub.

Seçilən
86
50
unikal.az

10Mənbələr