AZ

Millinin eks oyunçusu şərti həbs cəzası aldı - Zorlamada təqsirli bilinir

Fransa millisinin sabiq üzvü Vissam Ben Yedder şərti qaydada həbs cəzası alıb.

Sportinfo.az “RMC Sport” agentliyinə istinadən xəbər verir ki, cinsi təcavüzdə təqsirli bilinən futbolçu ümumilikdə 6,5 min avro məbləğində təzminat ödəməklə şərti olaraq 2 il yarım cəzaya məhkum olunub.

Bundan əlavə, Ben-Yedder polisin əmrinə tabe olmadığı üçün 6 ay sürücülük hüququndan məhrum edilib.

Fransız 2023-cü ilin avqustunda zorlamada ittiham olunub. O, istirahət zamanı 21 yaşlı qıza qarşı cinsi zorakılıq etməkdə təqsirli bilinib.

Seçilən
32
sportinfo.az

1Mənbələr