KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Qazaxıstanın Sahibkarlığın İnkişafı Fondunun ( təşkil etdiyi panel müzakirədə iştirak edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Orxan Məmmədov "X" hesabında paylaşım edib.
"Qazaxıstanın Sahibkarlığın İnkişafı Fondunun təşkil etdiyi panel müzakirədə KOBİA-nın ‘Ətraf mühit, sosial və idarəetmə’ (ESG) çərçivəsində KOB-lara dəstəyi, KOB-ların yaşıl keçidi istiqamətində fəaliyyətimiz barədə fikirlərimi bölüşdüm",- deyə paylaşımda qeyd olunub.