"Qızıl top"u qazanan "Mançester Siti"nin futbolçusu Rodri bu mükafata əsas namizədlərdən sayılan Vinisius Junirou qıcıqlandıracaq açıqlama verib.
QOL.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi "Cope"yə açıqlamasında bildirib ki, braziliyalı futbolçunu siyahıda 2-ci kimi də görmür:
"Kubokun təqdimatı zamanı zaldakıların yarısı "Vinisius, Vinisius!" qışqırırdı. Hər halda tamaşaçılar mənə də böyük hörmət bəsləyirdilər. Çünki daha sonra hamısı ayağa qalxıb məni alqışladılar.
"Qızıl top" mükafatlandırması futbolda ən çətin şeydir. Bu mükafata layiq olub-olmadığımı deyəcək insan mən deyiləm. "Mançester Siti"dəki möhtəşəm mövsümümlə 2023-cü ildə onu qazana biləcəyimi düşünürdüm. Məncə, bu il daha yaxşı çıxış etdim. Mən Karvahalı 2-ci, Vinisiusu 3-cü seçərdim. "Real"ın Naço və Xoselu kimi bəzi keçmiş futbolçuları məni təbrik etdilər. Vinisiusun isə təbrik etməməsi məni incimədi. Mən xalqımı, ailəmi və klubumu düşünürəm. "Real" mükafatın təqdim oklunması mərasiminə gəlmədi. Mən onların etdiklərini etməzdim. Amma indi bu haqda düşünməyin mənası yoxdur”.
Xatırladaq ki, "Qızıl top"a əsas namizəd kimi göstərilən futbolçulardan biri olan Vinisius Junior 1129 səslə 2-ci olub.