Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.
Msport.az xəbər verir ki, VII qrupda mübarizə aparan yığma İslandiya ilə üz-üzə gələcək. Moldovanın paytaxtı Kişineuda yerləşən “Zimbru-2” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Görüşü şotlandiyalı referi David Dikkinson idarə edəcək.