AZ

Ermənistana dəvət göndərilib, COP29-da iştirak edib-etməmək onların öz seçimidir- Ayxan Hacızadə

Azərbaycan Ermənistana COP29-da iştirakla əlaqədar dəvət göndərib. Lakin iştirak edib-etməmək onların öz seçimidir.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə deyib.

“Bildiyiniz kimi, burada əhəmiyyətli müzakirələr həyata keçirilir. İqlim dəyişikliyi dünyanı təhdid edən əsas problemlərdən birdir. 198 dövlət İqlim dəyişmələri üzrə BMT-nin çərçivə konvensiyasının üzvdür. Bu çərçivədə müvafiq olaraq sözügedən təhdidin aradan qaldırılması istiqamətində əhəmiyyətli müzakirələr davam etdirilir. Əhəmiyyətli müzakirələrə töhfə verilməsi hər bir üzv dövlətin əsas prioriteti olmalıdır. Biz Ermənistanın iştirak edib-etməməsi məsələsinə heç bir şərh vermirik. İştirak məsələsi onların öz seçimləridir”, – o qeyd edib.

Seçilən
67
7
azpost.info

10Mənbələr