AZ

Kanadanın baş məşqçisi dron qalmaqalına görə qovuldu

Kanadanın futbol üzrə qadınlardan ibarət millisinin baş məşqçisi Beverli Pristman vəzifəsindən kənarlaşdırılıb.

"Operativ Media" xəbər verir ki, onun qovulma səbəbi Paris-2024-də baş verən böyük qalmaqalla əlaqədardır.

Həmin vaxt Yeni Zelandiya millisinin oyunçuları rəqib haqqında məlumat toplamaq üçün Kanada tərəfinin dronlardan istifadə etməsi barədə təşkilatçılara şikayət etmişdilər. Nəticədə FIFA baş məşqçi ilə yanaşı, onun köməkçisi Jasmin Mander və analitik Jozef Lombardini ittiham edib.

Qeyd edək ki, hadisədən sonra Pristman araşdırmalar bitənə qədər müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılmışdı. Kanada Futbol Federasiyası bu qərarı araşdırma tam başa çatdıqdan sonra qəbul edib.

Seçilən
6
3
operativmedia.az

5Mənbələr