AZ

COP29 ölkəmizin ümumbəşəri dəyərlərə malik olduğunu göstərir

"Azərbaycanın müstəqillik tarixində ən böyük tədbirə, COP29-a rəhbərlik etməsi ölkəmizin beynəlxaq münasibətlər sistemində və millətlərarası münasibətlərin inkişafında rolunu daha da artırır". 

Bunu noyabrın 11-dən etibarən ölkəmizdə keçirilən  BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətini şərh edən politoloq Yusif Bağırzadə Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda dünya ictimaiyyətinin bütün diqqəti Bakıya yönəlib və 70 mindən artıq qonağın iştirakı ilə keçirilən bu mötəbər tədbir sivil dünyanın ayrılmaz hissəsi kimi ölkəmizin ümumbəşəri dəyərlərə malik olduğunu bir daha nümayiş etdirəcək:

                                                           Yusif Bağırzadə, politoloq

"Digər tərəfdən, ölkəmizin COP29 beynəlxalq konfransına uğurla ev sahibliyi etməsi xalqımızın növbəti böyük uğuru olmaqla bərabər, həm də malik olduğumuz potensialı bütün dünyaya göstərmək baxımından da önəmlidir. Bu kimi tədbirlər turizm-xidmət sektorunun dəstləklənməsi və inkişafına xidmət etməklə yanaşı, həm də ölkənin iqtisadi potensialı ilə daha yaxından tanış olmağa fürsət yaradır. COP29 bir sıra istiqamətlərdə - Azərbaycanın iqtisadiyyatı, eyni zamanda, ölkənin yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir".

Müsahibimizə görə, eyni şəkildə COP29 bizə yeni tərəfdaşlıqlar qurmaq, ölkəmizin iqtisadiyyatının potensialını təqdim etmək imkanı verəcək ki, bu da xarici sərmayələrin cəlbi baxımından səmərəli olacaq.

Ermənistanın COP29-a gəlməməsinə də toxunan Y. Bağırzadə qeyd edib ki, Ermənistanla yanaşı, Fransa, Kanada, Niderland kimi anti-Azərbaycan mövqeyi ilə tanınan, ermənipərəst mövqe nümayiş etdirən bu ölkələr eyni mərkəzdən idarə olunur. 

"Onların bu hərəkəti BMT-nin özünə və COP-un qarşısına qoyulmuş məqsədlərə etinasızlığın göstəricisi hesab olunmalıdır. Biz ev sahibi ölkə olaraq, üzərimizə düşən vəzifəni yerinə yetirmişik və hər kəsi, o cümlədən də Ermənistanı dəvət etmişik. Görünən odur ki, Ermənistan öz havadarlarından və konkret Fransadan tədbirə qatılmaq üçün icazə ala bilməyib", - deyə Yusif Bağırzadə vurğulayıb.

Gülşən Şərif

Seçilən
32
bakivaxti.az

1Mənbələr