AZ

Türkiyə mətbuatı: 13.11.2024

 

“Hürriyet”: Türkiye prezidenti R.T.Ərdoğan: “İsrail Qəzza üçün cavab verməlidir”

Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Azərbaycanın paytaxtı Bakıdakı çıxışında “İsrailin Fələstin və Livanı hədəf alan hücumları davam edir. İnsanları qətlə yetirir və böyük bir fəlakətə səbəb olur. Bu ağır humanitar və ekoloji fəlakətə səbəb olanların beynəlxalq məhkəmələrdə bunun hesabını verməli olduqlarını düşünürük” dedi.

“Sabah”: Alparslan Bayraktar COP29-da Türkiyənin enerjidə səmərəlilik hədəflərini açıqladı

Türkiyenin  Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyenin bərpa olunan enerji və enerji səmərəliliyi sahəsindəki hədəflərinə çatması üçün beynəlxalq maliyyə qurumları ilə yaxın əməkdaşlığın vacibliyini qeyd etdi.

“Star”: Türkiyedən İsrailin işğal qərarına reaksiya: “Ən sərt şəkildə rədd edirik”

Türkiye Xarici İşlər Nazirliyi bəzi İsrailli rəsmilərin İordan çayının qər sahilil ilə bağlı açıqlamaları barədə “İsrailli bəzi rəsmilərin İordan çayının qərb sahilinin işğal edilməsi istiqamətindəki açıqlamalarını ən sərt şəkildə rədd edirik” ifadəsini işlədib.

“Vatan”: Numan Kurtulmuş: “İsrailin BMT üzvlüyü dayandırılmalıdır”

Türkiye Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş dünən etdiyi açıqlamada “Netanyahu və onun kabineti BMT qərarlarını və Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını tətbiq edənə qədər İsrailin BMT üzvlüyü dayandırılmalıdır. Bu fikrin müzakirə edilmə vaxtı çatıb. Biz bu mübarizəni davam etdirəcəyik” dedi.

“Haber Türk”: Türkiyenin Afrika ölkələrinə ixracı 15 milyard dolları keçdi

Türkiyenin Afrika ölkələrinə ixracı 2024-cü ilin ilk 10 ayında 15 milyard dolları keçib. Türkiye İxracatçılar Məclisinin məlumatlarına əsasən, Afrika ölkələrinə ixrac bu ilin ilk 10 ayında, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq 15,1 milyard dollara çatıb.



Seçilən
15
trt.net.tr

1Mənbələr