AZ

"Beynəlxalq maliyyə sistemində dərin islahatlar aparılmalıdır"

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün bəşəriyyətin misli görünməmiş ekoloji problemlərlə mübarizə apardığı bir vaxtda təşkil edilib".

Teleqraf.com xəbər verir ki, bunu Qabon Respublikasının vitse-prezidenti Cozef Ovondault Berre Bakıda COP29 Liderlər Sammitində çıxışı zamanı bildirib.

"Biomüxtəlifliyin itirilməsi sürətlənir, vəhşi faunanın 70 %-i artıq yox olmaq təhlükəsi ilə üzləşib. Bu il biz temperatur göstəricilərinin rekord artımına nail olduq. Digər vacib problem ətraf mühitin, xüsusilə dünya okeanının plastik və digər tullantılarla çirklənməsidir. Şübhəsiz ki, planetimizin bütün sakinləri əziyyət çəkir. 2022-ci ildə qlobal rifah göstəriciləri bir qədər azalsa da, indi bu göstəricilər yenidən artır. Ölkəmizin əhalisi də iqlim dəyişikliyinin nəticələrindən əziyyət çəkir. Vəhşi flora və fauna növləri itir. Planet və təbiətin mənafeyi naminə hərəkətə keçmək vaxtı gəlib".

Dövlət rəsmisi vurğulayıb ki, həmrəylik təmin edilməsə, ölkələr öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirə bilməyəcəklər.

Onun sözlərinə görə, qarşıya qoyulmuş maliyyə məqsədlərinə çatmaq üçün beynəlxalq maliyyə sisteminin dərin islahatı tələb olunacaq.


Müəllif: Rəqsanə Həsənova
Seçilən
11
4
teleqraf.com

5Mənbələr