Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək. Manset.az xəbər verir ki, VI qrupda yer alan yığma Macarıstanla üz-üzə gələcək. Rumıniyadakı “Tunari” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Görüşü moldovalı referi Yon Orlik idarə edəcək.