Galatasaray hücum xəttindəki boşluğu doldurmaq istəyir.
Bakupost.az "SporX" saytına istinadən xəbər verir ki, İkardinin şanssız zədələnməsindən sonra hücum xəttindəki boşluğu doldurmaq üçün skaut komandası axtarışa keçib. Belə ki, "Milan"-nın heyətindəki Luka Jovic İstanbul nəhənginin diqqət mərkəzindədir. İtaliya Çempionatında Milanın heyətində son oyunun heyətinə daxi edilməyən oyunçu üçün Galatasaray İtaliyan təmsilçisi ilə təmasa keçib. Qara-qırmızıların futbol menceri Paulo Fonseca oyunçunun diqqət mərkəzində olduğunu ancaq zədəsinin tam sağalmaması səbəbilə heyətə daxil edilmədiyi açıqlamasını verib.
Elgün, Bakupost