AZ

“COP29-u iqlim maliyyəsi ilə bağlı dönüş nöqtəsi hesab edirik”

“Azərbaycana COP29 sədrliyində uğurlar arzulayırıq. Bu təşkilatçılıq üçün Türkiyə dövləti adından bir daha minnətdarlığımızı bildiririk”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin iqlim, şəhərsalma və ətraf mühit naziri Murat Kurum Bakıda COP29 sammiti çərçivəsində ölkəsinin uzunmüddətli iqlim dəyişikliyi strategiyasına dair yeni “Yol Xəritəsi”ni təqdim edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan dünya üçün önəmli COP tədbirinə ev sahibliyi edir: “Bütün qurumlarımızla birlikdə bir ildir, COP gündəminə hazırlaşmışıq. İndi də böyük nümayəndə heyəti ilə Bakıdayıq”.

M.Kurum çıxışında iqlim maliyyəsinə çıxışın vacibliyindən bəhs edib: “COP29-u iqlim maliyyəsi ilə bağlı dönüş nöqtəsi hesab edirik. Təbii ki, COP29 ölkələrin iqlimlə bağlı gördüyü işləri nəzərdən keçirmək üçün çox önəmlidir”.

Günel İbrahimova

Seçilən
31
2
qafqazinfo.az

3Mənbələr