AZ

COP29-un Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün mühüm hadisədir

Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

COP29-un Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün mühüm hadisədir

13.11.2024 

MT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün mühüm hadisədir. Konfransın məqsədi iqlim dəyişmələri ilə mübarizə aparmaq, onun təsirlərini azaltmaq, iqlim dəyişmələrinə uyğunlaşmaq, maliyyə məsələlərini müzakirə etmək və ölkələrin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsini təmin etməkdir. Başqa sözlə, belə Zirvə görüşləri ölkələr üçün iqlim dəyişmələrinə qarşı mübarizədə ortaq yol xəritəsi formalaşdırmaq məqsədilə təşkil edilir və bu kimi genişmiqyaslı tədbirlərə ev sahibliyi etmək üçün müəyyən kriteriyalar tələb olunur. Bu baxımdan, COP konfransının keçirilməsini qəbul etmək təkcə ev sahibi ölkə üçün müəyyən bir status göstəricisi deyil, həm də beynəlxalq səviyyədə əhəmiyyət daşıyan böyük hadisədir.

QAZÍLER.AZ AZƏRTAC-a istinaden xeber verir ki,  bu fikirləri Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı və Türk dünyası üzrə mütəxəssis Mehmet Yüce  bildirib.

Professor vurğulayıb ki, Azərbaycan COP29-a ev sahibliyi etməklə ətraf mühit problemlərinə həssaslığını nümayiş etdirir: “Bu tədbir, eyni zamanda, Azərbaycanın beynəlxalq platformalardakı diplomatik əlaqələrini daha da gücləndirmək, digər ölkələrlə əməkdaşlıq imkanlarını daha da genişləndirmək imkanı yaradır. Türk dünyasında bu tədbirə ilk dəfə ev sahibliyi etməsi isə Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı (TDT) statusunu da göstərir. Qırğızıstanın paytaxtında keçirilən TDT-nin XI Zirvə toplantısında qəbul olunan Bişkek Bəyannaməsində COP29-un əhəmiyyəti xüsusi vurğulandı və Azərbaycanın tədbirə ev sahibliyi etməsindən məmnunluq ifadə olundu. Çünki COP29 türk dövlətləri arasında yeni layihələrin ortaya çıxmasına səbəb ola bilər. Bu da regional fəaliyyətin artırılmasına və türkdilli ölkələrin qarşılıqlı əlaqələrini daha da inkişaf etdirərək ortaq mövqelərini möhkəmləndirməsinə xidmət edir. Azərbaycan tarixindəki ən böyük beynəlxalq tədbirlərdən olan COP29-un ölkənin tanıdılmasından turizmə, iqtisadiyyatdan xarici əlaqələrə qədər bir çox vacib faydalar gətirəcəyinə əminəm. Bu tədbir həm də bəzi qüvvələrin fosil yanacağının istehsalı ilə bağlı iddialarını beynəlxalq səviyyədə cavablandırmaq, Azərbaycanın qlobal səviyyədə ətraf mühit problemlərinə qarşı həssaslığını və iqlim dəyişmələrinə qarşı mübarizədə fəal rol oynadığını göstərən mühüm platformadır”.

Azərbaycanın böyük enerji potensialına sahib ölkə olduğunu qeyd edən Mehmet Yüce deyib: “Azərbaycan təkcə qazıntı yanacaq istehsal etməklə kifayətlənmir, xüsusilə azad edilmiş Qarabağ bölgəsində bərpaolunan enerji layihələrinə sərmayə qoymaqla beynəlxalq investorların da diqqətini bu bölgəyə cəlb edir. Çünki COP29 kimi platformalar təmiz enerji layihələri və yaşıl texnologiyalara investisiya qoymaq istəyənlər üçün böyük imkanlar yaradır. Bu, Azərbaycanın iqtisadiyyatını şaxələndirməsinə töhfə verə bilər. Beləliklə, Azərbaycan yaşıl iqtisadiyyata keçərək karbon emissiyalarını azalda bilər və iqtisadiyyatının qlobal hadisələrə davamlılığını artıraraq, Dayanıqlı İnkişaf Məqsədlərinə daha asan çatacaq”.

İqtisadçı alim bildirib ki, COP29-un yaratdığı imkanlar həm də Azərbaycanın iqlim layihələri üçün beynəlxalq fondlardan faydalanmasına imkan yaradır. Bu da bu layihələrin həyata keçirilməsi üçün lazım olan maliyyə mənbələrini təmin edə bilər: “Nəticə etibarilə, COP29 Azərbaycan üçün qlobal iqlim dəyişiklikləri ilə mübarizədə mühüm mövqe əldə etməklə yanaşı, həm də ətraf mühit, iqtisadiyyat və diplomatiya sahələrində müxtəlif faydalar təmin edəcək platformadır. COP29 Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına və iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə layiqli töhfələr verməsinə şərait yaradacaq

Seçilən
36
qaziler.az

1Mənbələr